Bu halda alınan məhsulu 14 gündən sonra da geri qaytarmaq mümkündür – HÜQUQİ İZAH

Hazırda oxunan: Bu halda alınan məhsulu 14 gündən sonra da geri qaytarmaq mümkündür – HÜQUQİ İZAH

607314

İstehlak bazarında ən çox müzakirə olunan məsələlərdən biri də alınan malda aşkarlanan qüsurdan sonra geri qaytarılmasında yaşanan problemdir. Bir çox ticarət obyektləri bu və digər bəhanələrlə satılmış məhsulu geri qaytarmaq və yaxud dəyişdirmək istəmir.

Bəs bu məsələ qanunla necə tənzimlənir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, istənilən məhsulda hər hansı bir nöqsan aşkarlanarsa, 14 iş günündə həmin məhsul geri qaytarıla bilər:

“Bunun üçün ödəniş çekinin olması kifayətdir. Bundan əlavə, əgər malda istehsal qüsuru aşkarlanarsa, o zaman məhsul zəmanət müddətində də geri qaytarıla bilər. Doğrudur, bəzi vətəndaşlar düşünür ki, 14 gün keçdikdən sonra artıq alınan malı qaytarmaq mümkün deyil.

Lakin qanun bunun tam əksini deyir. 

Mal qüsurludursa, geri qaytarılmanı zəmanət müddəti ərzində rəsmi qaydada həyata keçirmək mümkündür. 

"İstehlakçıların müdafiəsi haqqında" qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən, istehlakçı müqavilə və digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə uyğun olaraq satıcıdan müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər".

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin