İsmayıllıda taksi sürücüsünə xəsarət yetirib avtomobilini oğurladılar - FOTO

Hazırda oxunan: İsmayıllıda taksi sürücüsünə xəsarət yetirib avtomobilini oğurladılar - FOTO

607049

İsmayıllı rayonunda quldurluq hadisəsi qeydə alınıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, naməlum şəxslər müştəri qismində mindikləri taksi sürücüsünə xəsarət yetirərək onun nəqliyyat vasitəsini ələ keçirib və hadisə yerindən uzaqlaşıblar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-nın yerli bürosuna bildirilib ki, tədbirlərlə həmin avtomobil digər ərazidə tərk edilmiş vəziyyətdə aşkarlanıb.
 

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı Pünhan Qurbanov və 44 yaşlı Tərlan Yusubov paytaxt ərazisində gizləndikləri yer müəyyən edilərək saxlanılıblar.


Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin