508 nömrəli avtobusda nasazlıq: Sərnişinlər yolda düşürüldü - VİDEO

Hazırda oxunan: 508 nömrəli avtobusda nasazlıq: Sərnişinlər yolda düşürüldü - VİDEO

606987

Saray qəsəbəsi - "20 Yanvar" metro stansiyası marşrutu üzrə hərəkət edən 508 nömrəli avtobusda problem yaşanıb.

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a sərnişinlər məlumat veriblər.

Avtobusun hərəkət zamanı nasazlıq səbəbindən dayandığı, sərnişinlərin isə nəqliyyat vasitəsindən düşürüldükləri bildirilib.

"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, ötən gün saat 07:43-də "BakuBus" MMC-nin istismarında olan 508 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində qısa müddətli texniki nasazlıq qeydə alınıb.

Açıqlamada qeyd olunub ki, Bakı-Sumqayıt yolu istiqamətində hərəkətdə olan avtobusun sürücüsü dərhal "BakuBus" MMC-nin Monitorinq Mərkəzinə xəbər verib:

"Mərkəzdən ötürülən müvafiq təlimatlara əsasən nasazlıq operativ şəkildə aradan qaldırılıb. Nəticədə avtobus saat 07:50-də marşrut üzrə hərəkətini davam etdirib.

Baş vermiş halın sərnişinlər üçün yaratdığı müvəqqəti narahatlığa görə üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik". (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin