Bakıda mövcud olan ən təhlükəli sürüşmə zonası açıqlanıb

Hazırda oxunan: Bakıda mövcud olan ən təhlükəli sürüşmə zonası açıqlanıb

60042
Hazırda Bakıda mövcud olan ən təhlükəli sürüşmə zonası açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərinin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya açıqlamasında deyib ki, ən təhlükəli sürüşmə sahəsi Zığ sürüşmə sahəsidir.
 
Onun sözlərinə görə, Badamdar, Bayıl, Əhmədli-2, Masazır sürüşmə sahələrində tədbirlər həyata keçirilib: "Zığda da tədqiqatlar başa çatandan sonra  tədbirlər həyata keçiriləcək. Abşeron yarımadasında ən təhlükəli ərazi Zığ sürüşmə sahəsidir. Ümumiyyətlə, Bakıda və Abşeron yarımadasında yerləşən sürüşmə zonalarında ciddi dəyişiklik yoxdur. Sürüşmə sahələrində hələ vəziyyət stabildir. Sürüşmə sahələri ilə bağlı monitorinqlər davam etdiriləcək. Hər ay ərzində sürüşmə sahələrində monitorinqlər aparılır və yekunda nəticə barədə məlumat verilir. Ayın sonunda nəticələr bulleten formasında müvafiq qurumlara, ictimaiyyətə çatdırılır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin