Moderator.az xəbər verir ki, 3 dekabr 2022-ci il tarixində Lənkəran şəhərində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Azərbaycan Retinoloqlarının VII konfransı keçirilib.
Konfransda Bakıdan və bir çox regionlardan mütəxəssis və alimlər iştirak edib.
Konfransın keçirilməsində məqsəd oftalmologiyada baş verən yenilikləri, aktual məsələri müzakirə edərək Azərbaycan oftalmologiyasının, həmçinin region həkimlərinin inkişafına dəstək olmaqdan ibarətdir.
Konfrans təşkilat komitəsinin sədri t.ü.f.d. Müşfiq Kərimovdur. Heyət üzvləri t.ü.f.d. Lalə Axundova, t.ü.f.d. Aişə Şahmalıyeva, t.ü.f.d. Xalid Əliyev, dr. Ceyhun Nəzərli, t.ü.f.d. Yazgül Abdiyevadır.
Konfransın təşkilat komitəsinin sədri t.ü.f.d. Müşfiq Kərimov, t.e.d. Nizami Bağırov, t.ü.f.d. Lalə Axundova, t.ü.f.d. Xalid Əliyev, t.ü.f.d. Aişə Şahmalıyeva, Dr. Şahin Novruzlu, Dr. Emin Əlihüseynli, t.ü.f.d. Natavan Əliyeva, Dr. Nurana Nuriyevanın moderatorluğu ilə həyata keçirilib.
Çıxışların davamı olaraq “Fundus avtoflüoresansın mərkəzi seroz xoriopatiyanın diaqnostikasında əhəmiyyəti”, “Vitreoretinal cərrahiyyədə vizualizasiya sistemləri”, “Yaşa bağlı makula degenerasiyanın quru formasının progressivləşməsinin OKT əlamətləri”, "Brolicizumab preparatının göstərişləri”, “Yaşa bağlı makula degenerasiyanın quru formasının müasir müalicəsi”, “Cərrahi vizualizasiya sistemləri” kimi məsələlər müzakirə edilib.
Konfransda mütəxəssislər tərəfindən, öz təcrübələrində keçirilmiş maraqlı kliniki hallar, cəmiyyətin onlara qazandırdığı biliklər barədə danışılıb.
Suallar və təkliflər səsləndirilib.

















































































































