Əhməd Cavad Ankarada anıldı

Hazırda oxunan: Əhməd Cavad Ankarada anıldı

45754


Moderator.az xəbər verir ki, Ankarada Azərbaycan Tələbə Birliyi tərəfindən Türkiyənin Hacettepe Universitetində istiqlal şairimiz Əhməd Cavadın doğumunun 122-ci ili münasibətilə möhtəşəm tədbir keçirilib. Tədbir Türkiyə və Azərbaycanin dövlət himnlərinin oxunması ilə başladı. Tədbirdə azərbaycanlı araşdırmaçı yazar fəlsəfə doktoru, Azər Turan, TOBB ETÜ-nün professorları Toğrul İsmayıl və Saleh Sultansoy, Türkiyə ictimaiyyətinin nümayəndələri və tələbələr iştirak edib.

Toplantıda Azərbaycanın xalq artisti, tanınmış aktyor Rasim Balayevin tədbir iştirakçılarına ünvanlanmış məktubu oxundu. Sonra araşdırmaçı Azər Turan qonaqlara Əhməd Cavadın həyatı və əsərləri , eyni zamanda 1937-ci ildə Stalinin əmriylə aparılan və 350 min ziyalının fiziki cəhətdən yox edilməsi ilə nəticələnən repressiya ilə əlaqədar geniş məlumat verdi.

Natiqlər tədbirin Azərbaycan və Türkiyə dostluğunun daha da möhkəmlənməsinə və Əhməd Cavadın həyatına və əsərlərinə marağın artmasına töhfə verəcəyinə inandıqlarını bildirdilər.

Tədbirin sonunda"Cavid Ömrü” nümayiş etdirildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin