Putin Obamaya xəbərdarlıq etdi

Hazırda oxunan: Putin Obamaya xəbərdarlıq etdi

44281
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama arasında telefon danışığı olub. 

ANS PRESS-in məlumatına görə, prezidentlər Ukraynadakı son hadisələri müzakirə ediblər.

Vladimir Putin qeyd edib ki, Ukraynanın şərqində hökumət nümayişçilərə qarşı güc tətbiq edərsə, Rusiya üzərinə düşən vəzifəni yerinə yetirəcək. 

Prezidentin sözlərinə görə, Rusiya özünün və Ukraynanın şərq vilayətlərində yaşayan rusdilli əhalinin maraqlarını müdafiə edəcək. 

Putin hesab edir ki, hazırda qeyd edilən regionda yaşayan həm Rusiya vətəndaşları, həm də rusdilli əhali üçün real təhlükə mövcuddur.

ABŞ prezidenti Barak Obama isə Rusiya ordusunun Ukrayna ərazisinə hərbi müdaxilə edəcəyinə görə narahat olduğunu deyib. Putin isə Obamaya cavab olaraq bildirib ki, Ukraynanın şərq vilayətlərində ultra-millətçi qruplar tərəfindən təxribatlar və cinayət əməlləri törədilir: "Hesab edirik ki, bu, Ukraynada indiki hakimiyyətin planlarının bir hissəsidir".

Qeyd edək ki, telefon danışığı Barak Obamanın təşəbbüsü ilə baş tutub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin