Vidadi İsgəndərli Kremlin “Abbas Abbasov” kartından danışdı

Hazırda oxunan: Vidadi İsgəndərli Kremlin “Abbas Abbasov” kartından danışdı

42936
Hüquq müdafiəçisi Vidadi İsgəndərli Moderator.az-a növbəti məqaləsini göndərib və bu dəfə  Abbas Abbasovun Rusiyapərəst məqaləsinin Azərbaycanın suverenliyini təhdid ediyini və bizi irəlidə çox ciddi problemlərin gözləyə biləcəyini iddia edib:
“Abbas Abbasov - vaxtı ilə Azərbaycanda baş nazirin birinci müavini vəzifəsində çalışıb.Hacı Məmmədov olaylarından sonra prezident İlham Əliyev ona “Şöhrət” ordeni verərək fəxri "təqaüd”ə göndərdi. Bundan sonra Abbas müəllim Rusiya və Orta Asiyada biznesini daha da aktivləşdirərək faktiki  rus imperiyasının "layiqli" nümayəndəsinə çevrildi. Bu gün onun Rusiyada böyük nüfuzu var və onu Putinin azərbaycanlı nümayəndəsi kimi də qələmə vermək olar. Müstəqillik illərinin ilk dönəmlərində rus imperiyasının Azərbaycandakı əsas dayağı olan keçmiş DTK sədri Vaqif Hüseynov,sabiq Bakı şəhər prokuroru Məmməd Quliyev və bir çox "ruspərəst" vəzifəli şəxslər Moskvaya köçdü və orada boyük bir şəbəkə yaradıldı. Ayaz Mütəllibov da bu şəbəkəyə daxil idi. Bir çox azərbaycanlıların Rusiyada böyük biznesləri var bu səbəbdən onların imperiyanı müdafiə etməsində təəccüblü heç nə yoxdur.Sirr deyil ki, son zamanlar bir çox nazirlərin, hətta deputatların Rusiyanın şəhərlərində çirkli pullar hesabına milliardlarla sərmayə qoyulub,indi də davam edir,xüsusi ilə Şimali Qafqazda kurort zonalarında azərbaycanlıların milyardlarla qiyməti olan biznes strukturlarının olduğu deyilir. Belə olan şəraitdə onlar avtomatik imperiyanın "quluna" çevrilirlər. Qeyd edim ki, məmurlarımıza məxsus milyardlarla çirkli pulların yuyulmasında və onların Rusiyada böyük biznes şəbəkəsinə daxil olmasında orada yaşayan və imperiyaya qulluq edən şəxslərin böyük rolu var.Sankt-Peterburq  konsulluğunda çalışan Vaqif Məmişovu, Putinin danışan dillərindən biri olan Söyün Sadıqovu,Vahid Ələkbərovu ,Abbas Abbasovu, AST Telmanı bu kateqoriya insanlara aid etmək olar. Bəzi məmurlar həm AST Telmanın ,həm Abbas Abbasovun ,həm də Rusiya Prezidenti Putinin yanında xüsusi statusa malik Çeçenistanın prezidenti Kadırovun əlaqələrindən istifadə edib çirkli pullarını məhz bu ölkəyə yatırır. Nəticədə həmin “investorlar” dolayısı və ya birbaşa olaraq Rusiyanın vassalına, buyruq quluna çevrilirlər. Abbas Abbasov bunu açıq formada edirsə (onun prezident seçkiləri ərəfəsində Azərbaycanda demokratiyanın pozulmasından danışması,MŞ yarananda  Ziya Məmmədovla əlaqə qurması,Rusiya Ukraynanı işğal edəndə imperiyanı müdafiə etməsi,dolayısi ilə Azərbaycanı və digər MDB dövlətlərini Rusiyanı müdafiə etməyə çağıran məqaləsi və s.) məsələnin nə yerdə olduğu və Azərbaycanı hansı təhlükənin gözlədiyini anlamaq çətin deyil.
Millətini,dövlətini sevən hər kəs dövlətçiliyimizi qorumaq naminə siyasi baxışından asılı olmayaraq Azərbaycanın suverenliyini qorumalıdır.Hətta həyatına qəsd (terror)ehtimalı olsa belə. Nəzərə almaq lazımdır ki, Abbas Abbasovun Rusiyapərəst məqaləsi heç də havadan yaranmayıb. Unutmaq olmaz ki, Azərbaycanda güya dövlətçiliyə xidmət etmək adı altında əslində hər zaman rus imperiyasına “ayı xidməti” göstərənlər olub,  var və Abbas müəllim də bu gün onlara arxayındı. Çünki həmin milyardlara görə həmin adamların Rusiya qarşısında dili gödək olduqlarını bilir. Abbas Abbasov gözəl bilir ki, həmin adamlar üçün  puldan müqəddəs heç nə yoxdur. Belələri sərvətlərini qorumaq naminə hətta müstəqilliyimizə qənim kəsilən projelərdə rol almağa da hazır olarlar. Baxmayaraq ki, bu milyardları onlar məhz bu müstəqilliyin hesabına mənimsəyiblər..."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin