Rusiyada yaşayan soydaşlarımızla bağlı ekspert rəyi

Hazırda oxunan: Rusiyada yaşayan soydaşlarımızla bağlı ekspert rəyi

35686

Rusiya Federal Miqrasiya Xidməti bu ölkədə yaşayan miqrantların sayını açıqlayıb. Bildirilir ki, bu ölkədə yaşayan 11 milyondan artıq əcnəbinin 630 mini azərbaycanlılardır.

Ancaq təbii ki, bu rəqəm reallığı əks etdirmir və bəllidir ki, bir parça çörək dalınca Rusiyanın dörd bir yanına səpələnmiş soydaşlarımız daha çoxdur.

Elə iqtisadçı ekspert Nazim Məmmədov da bu cür düşünür. Moderator.az-a açıqlamasında keçmiş millət vəkili deyir ki, Rusiya Federal Miqrasiya Xidməti yalnız rəsmi qeydiyyatda oloanların statistikasını elan edib. Ancaq nəzərə alsaq ki, “sezonşik”lərin sayı bu rəqəmlərdən ən azı 2,5-3 dəfə artıqdır, o zaman Rusiyada milyon yarımdan atıq  soydaşımızın yaşadığını iddia etmək olar.

Unutmaq olmaz ki, Miqrasiya Xidmətində 1 illik iş üçün gələnlərin hesabatı aparılıb, ora 3 aylıq gəlib gedənlər (əslində işləyənlər və əksəriyyət təşkil edənlər), eyni zamanda 18 yaşına çatmamış uşaqlar bu statistikaya daxil deyil.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin