Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Moderator.az-a verilən məlumata görə:
Bakıda və Abşeron
yarımadasında
Oktyabrın 22-də
hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən
yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub küləyi əsəcək,
arabir güclənəcək.
Havanın temperaturunun gecə
9-12, gündüz 18-22 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Oktyabrın 22-də
hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimal olunur.
Qərb küləyi əsəcək, gündüz əsasən
dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə
8-13, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji
proqnoz
Yaxın 2 gün ərzində Abşeron
yarımadasında nisbətən mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

































































































