Bakının 7 rayonunda Qurban bayramı ilə bağlı yarmarka təşkil olunacaq

Hazırda oxunan: Bakının 7 rayonunda Qurban bayramı ilə bağlı yarmarka təşkil olunacaq

34607
Hər il olduğu kimi bu il də Qurban bayramı ilə əlaqədar Bakının rayonlarında kənd təsərrüfatı məhsullarının və diri heyvanların satış yarmarkaları təşkil olunacaq. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin ANS PRESS-ə verdiyi məlumata görə, yarmarkalar həftənin şənbə və bazar günləri yəni, oktyabrın 12 və 13-də təşkil olunacaq: "Paytaxtın 7 rayonunda və 9 ünvanda təşkil olunacaq yarmarkalarda ət və bitkiçilik məhsulları satışa çıxarılacaq. Yarmarkalar oktyabrın 12-13-də təşkil olunacaq. Həftə ərzində 400-500 ton kənd təsərrüfatı məhsulunun bazara çıxarılacağı gözlənilr. Yarmarkalara baytarlar ayrılacaq və onlar keyfiyyətə nəzarət edəcəklər”. 

İqtisadi İnkişaf Nazirlyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Qurban bayramı ilə əlaqədar satış yarmarkaları ənənəvi olaraq İqtisadi İnkişaf Nazirliyi ilə birgə Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunacaq. A. Əliyevin sözlərinə görə, yarmarlakalarda qiymətlər bazar qiymətlərinindən aşağı olacaq. Qurbanlıq heyvanların satışı ilə bağlı xüsusi yerlər ayrılacaq. 

Belə yarmarkaların təşkilinin əhalinin qurbanlıq heyvanlara olan təlabatını ödənməsində xüsusi əhəmiyyətə malik olduğunu deyən A. Əliyevin sözlərinə görə, bu yarmarkalar ətin qiymətinin sabit qalmasına, bəzən isə bayramdan sonra ətin qiymətinin aşağı olmasına kömək edir.

Artıq hazırlıq tədbirlərinə başlandığını deyən A.Əliyev bildirib ki, Qurban bayramı günlərində əhalinin təlabatını ödəmək üçün sahibkarlar kifayət sayda qurbanlıq qoyunları yarmarkaya çıxaracaqlar.

Xatırladaq ki, bu il müqəddəs Qurban bayramı 15, 16 oktyabr tarixlərində qeyd olunacaq. Həftənin çərşənbə axşamı və çərşənbə günlərinə təsadüf edən tarixlər qanunvericiliyə uyğun olaraq qeyri-iş günü elan olunub.

Moderator.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin