Onun fikrincə, ermənistanlı nazir təhrif formasından istifadə edərək növbəti dəfə beynəlxalq ictimayyəti çaşdırmağa çalışır: "Nalbandyanın guya Azərbaycanın atdığı addımların regional və beynəlxalq təhlükəsizliyə təhdid olmasına gəlincə, BMT Təhlükəsizlik Şurası deyir ki, Azərbaycan torpaqlarının işğalının davam etməsi regional təhlükəsizliyin təhdididir. Bu ifadələr onun növbəti həyasızlığının göstəricisidir. Bu gün Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindədirlər və belə olan halda təbii ki, torpaqları işğal olunan Azərbaycan öz müdafiə potensialını gücləndirməlidir. Ermənistanlı nazir unutmamalıdır ki, BMT Təhlükəzilik Şurasının qəbul etdiyi qətnamələdrdə Dağlıq Qarabağ və onun ətraf rayonları Azərbaycanın ərazisi olduğunu və ermənistanın işğalçı dövlət olduğunu bir daha göstərir”.
XİN rəsmisi vurğulayıb ki, erməni nazir öz ziddiyətli və əsassız çıxışı ilə Ermənistanın bu məsələdə nə qədər aciz olduğunu dünya ictimayyətinə nümayiş etdirir. "Rəsmi İrəvan dərk etməlidir ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün bütün hüquqlarından istifadə edəcək. Çünki ölkə vətəndaşının hüquqlarının müdafiəsi, Azərbaycan dövlətinin borcudur. Ermənistanın XİN-i o qədər aciz bir durumdadır ki, BMT-nin Təhlüksizlik Şurasının qəbul olunmuş qətnamələrin mətnini belə dəyişməyə çalışır".


































































































