Dəyərlər hamıya şamil olunmalıdır

Hazırda oxunan: Dəyərlər hamıya şamil olunmalıdır

34434

Dünən prezidentliyə namizədlərin növbəti teledebatı keçirilib. Teledebatda çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyev əvvəlcə xalqı bu gün saat 4-də «İnşaatçılar» metrosunun yaxınlığında yerləşən stadionda keçiriləcək görüşə dəvət edib: «Bu görüşdə mən, sizə şeir oxumyacağam. Bu görüşdə mən, özümdən bir əzabkeş obrazı yaratmayacağam. Çalışacağam ki, sizə öz platformam barədə geniş məlumat verim. Hiyə ölkəmizdəki siyasi mühit bu vəziyyətə gəlib çatdı ki, vaxtilə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan insanlar bu gün Pənah Hüseynov demişkən Moskvada yazılmış ssenarinin oyunçularına çevrildilər. Hecə oldu ki, Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş İranın xüsusi xidmət orqanları ilə bağlılığı heç bir şübhə doğurmayan ”” hansı ki, onların əməkdaşlıq məsələləri məhkəmədə də sübut olunub ”” dini-separatçı qrupları Milli Şuraya cəlb elədilər? Bu barədə mən, sizə məlumat verəcəyəm və ölkəmizi gözləyən təhlükələr barəsində danışacağam. Eyni zamanda mən, görülmüş işlərin üzərindən xətt çəkmək, hər şeyi qaralmaq yox, Azərbaycanı bundan daha yaxşı necə qura bilərik, övladlarımızın bundan daha yaxşı yaşamını necə təşkil edə bilərik ”” bu barədə danışacağam. Qarabağımızı necə azad edəcəyimiz barəsində söhbət açacağam. Mən, bizim bəzi Azərbaycanı dəyişmək istəyən, amma, əslində öz ölkələrini viran qoymuş ərəb ölkələrindəki müxalifət liderləri kimi çağırışlar etməyəcəyəm. Qeyd edib ki bu çağırışları edən şəxslərin özləri, onların ailə üzvləri ilə bağlı hər hansı bir tədbir görüləndə onların mövqeyi 180 dərəcə dəyişir. Buna misal olaraq sizə bir açıqlamanı oxuyacağam. Yəqin bu açıqlamanı oxuyanda üzr istəyirəm, siz, fikirləşəcəksiniz ki, bunu hansısa küçə uşağı, ya da siyasətə aidiyyəti olmayan bir insan verib: «Bu davaya millətimiz naminə atıldıq. Millətimizin gədalardan xilası naminə nəinki söyülməyi, həbs olunmağı, hətta ölməyi gözə almışıq. Bir addım da geri çəkilmək yoxdur. Yaşa Cəmil həsənli. Hamınızı əmin edirəm ki, ölkəni bu binamuslardan təmizləyəcəyik». İndi mən sizə deyirəm ki, ilk baxışda küçə uşağının verdiyi bəyanata oxşayan bu bəyanatı prezidentliyə iddialı Əli Kərimli verib. Amma onun oğlu həbs olunandan sonra Əli Kərimli dərhal hökumətə bir mesaj yolladı. Bu, onun «Azadlıq»qəzetinin sentyabrın 25-də dərc olunmuş nömrəsində müsahibəsindəndir: «Biz, hakimiyyət yox, dəyərlər uğrunda mübarizə aparırıq». O, çox narahat olub ki, oğlu dərsə bir neçə gün yubanacaq. Mən, prezidentə müraciət edirəm ki, onlar çox radikal çıxışlar ediblər, bir çox gəncləri radikallaşdırıblar və onların çoxu bu gün həbsdədir, onların hamısını azad eləsin. Eyni zamanda Türkel Kərimov da azad olunsun və o təhsilini davam etdirsin». Qüdrət Həsənquliyev bu gün mənəvi dəyərlərdən danışaraq «yaşa Cəmil Həsənli» söyləyən şəxslərin müəyyən bir zamandan sonra yenidən öz fikirlərini dəyişəcəklərini vurğulayıb: «Mənim heç bir şübhəm yoxdur ki, 8 ildən sonra Əli Kərimli başqa birinə alqış deyəcək. «Yaşa, İlham Əliyev», ”” deyəcək. Ona görə ki, o 8 il bundan qabaq Cəmil Həsənlini AXCP sıralarından xaric edib. Hiyə? Çünki Cəmil Həsənli o zaman parlamentin iclaslarına qatıldı. Halbuki Cəmil Həsənli heç bir yazılı öhdəlik götürməmişdi ki, o, parlamentə getməyəcək. Amma 2000-ci ildə bu gün mənəvi dəyərlərdən danışan həmin Əli Kərimli parlamentə getməyəcəyi barədə sənədə imza atmışdı. Lalə Şövkət, Mirmahmud Fəttayev də ona inanıb bu sənədi imzalamışdılar. Onlar imzalarına sahib çıxdılar, utandılar bu xalqın qarşısında, parlamentə getmədilər və mandatlarını itirdilər. Amma Əli Kərimli bir müddət sonra heç nə olmamış kimi parlamentin iclaslarına qatıldı. Budurmu mənəvi dəyərlər? Cəmil Həsənli hesab edir ki, o, kimə istəsə ittiham, sual ünvanlaya bilər. Amma ona ünvanlanan suallara cavab vermək onun vəzifəsi deyil. Yəni onun qənaətinə görə, bu dəyərlər başqalarına şamil olunmalıdır. Əgər bu dəyərlər doğrudan da hamıya şamil olunmalıdırsa, onda mən, Cəmil müəllimdən soruşuram ki, niyə Əbülfəz Elçibəy Bakını tərk edəndə Fərəc Quliyev heç bir dövlət vəzifəsi olmasa da bunu bilirdi, amma Əli Kərimliyə bu barədə məlumat verməmişdi. Bunun səbəbi ictimaiyyətə açıqlanmalıdır. Hamı bilməlidir ki, bunun kökündə nə dayanır. Bu gün Əli Kərimli Ki Uest danışıqları ərəfəsində atdığı addımlar barəsində ictimaiyyətə açıqlama verməlidir. Həmin vaxt Amerikadan Azərbaycana böyük təzyiqlər var idi. Biz AXCP-də mitinq təşkil eləmişdik. Hecə oldu ki, həmən elan olunmuş mitinqi Əli Kərimli Amerika səfiri ilə görüşəndən sonra təxirə saldı? Bu suallara cavab verilməlidir».

Qüdrət Həsənquliyev çıxışının ikinci hissəsinə «əziz həmvətənlər, siz gördünüz, mən, Cəmil müəllimə suallar verdim. Amma o, çalışdı ki, məni təhqir etsin» deyə başladı: «Bu adamların əsil siması budur. Burada Əli Kərimli yazır ki, «gədaları və binamusları ölkədən təmizləyəcəyik». Bu fikirlər savadsızlığın nümunəsidir. Konstitusiyaya görə heç bir vətəndaş vətəndaşlıq hüququndan məhrum edilə bilməz. Təmizləməyin ikinci yolu qalır ki, bu da fiziki baxımdan onu məhv etmək anlamına gəlir. Yəqin siz, bunu nəzərdə tutursunuz ki, hakimiyyətə gələndən sonra edəsiniz. Birincisi, mənim attestat qiymətlərimin hamısı 5-dir, yalnız bir 5-də 4-üm var. Bakı Dövlət Universitetinin hüquq fakültəsini qırmızı diplomla bitirmişəm və bir dənə də 4 almamışam. Hüquqi mövzuda istənilən bir şəxslə də çəkişməyə hazıram. Amma qaldı Əli Kərimliyə. Əli Kərimli ilə biz, tələbə vaxtı bir yerdə olmuşuq, çox yaxın münasibətlərimiz olub. Və mən, dövlət katibinin köməkçisi olmuşam. Amma siz yenə də yalan danışdınız. Mən bir il yox, cəmi iki ay bu vəzifədə işləmişəm, hətta 2 aydan da az müddətdə. Amma mənim kimi vaxtilə AXCP-nin idarə heyətində təmsil olunan 19 nəfər onun əsil simasını, maska altında gizlətdiyi əsil simasını görəndən sonra ondan uzaqlaşıblar. O cümlədən də mən».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin