Hollandiyada yaşayan separatçı Ələkrəm Hümbətovun İrəvana və işğal altında olan Azərbaycan ərazilərinə səfər etməsi bu gün çox müzakirə olunan məsələlərdəndir. Bəziləri bu səfərin maraqlı dairələrin Azərbaycanda separatçılıq meyllərinin gücləndirmək məqsədinə xidmət etdiyini vurğulayırlar.
Ziyalılar Forumunun üzvü Eldəniz
Quliyev Moderator.az-a
açıqlamasında separatçılıq sözünün tez-tez işlədilməsinin əleyhinə
olduğunu bildirib. Talışların kompakt yaşadığı cənub zonasında separatçılıqdan
çox konsaldasiya meyllərinin daha güclü olduğunu deyən E. Quliyev talışların
tam əksəriyyəti, Azərbaycanda yaşayan digər etnik azlıqlar hamı kimi ölkədə
köklü dəyişiklik istədiyini vurğulayıb: "Onların tam əksəriyyəti köklü
dəyişiklik istəyirlər. İndiki vaxtda Ələkrəm Hümbətovun Ermənistana və işğal
olunmuş ərazilərimizə səfəri ətrafında ajiotaj yaratmaq dəyişikliyə sipər
çəkmək məqsədi güdür". "Cənub bölgəsi camaatının tam əksəriyyəti
separatçılıq meyllərinə qarşı çıxır" - deyə E Quliyev əlavə edib.


































































































