Həbsdəki hərbçi Müdafiə Nazirliyini ifşa etdi -İTTİHAM

Hazırda oxunan: Həbsdəki hərbçi Müdafiə Nazirliyini ifşa etdi -İTTİHAM

31828

Milli Ordunun sabiq zabiti, hazırda 2 saylı cəzaçəkməəssisəsində həbsdə olan Renat Yusifov Müdafiə Nazirliyində (MN) büdcə vəsaitlərinin oğurlanması ilə bağlı prezidentə növbəti məktubla müraciət edib. "Musavat.com"-un xəbərinə görə, məktub müəllifi həbs olunan günə qədər Şəmkir korpusuna daxil olan 812 saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi olub. O, prezidentə əvvəlki məktubunda jurnalist, tənqidçi və müxalifətçi olmadığını yazır. Qeyd edir ki, həbsdə olduğu illər ərzində işinə ədalətlə baxılacağı ümidi ilə ən müxtəlif dövlət orqanlarına çoxsaylı müraciətlər edib, amma məmurlardan ədalət görməyib. Bu səbəbdən də mətbuat vasitəsilə prezidentə müraciət edib, Müdafiə Nazirliyində baş verən qanunsuzluqlar və  ədalətsizliklər haqda məlumat vermək məcburiyyətindədir: “Sizdən kömək istəyirəm”.
R.Yusifov yazır ki, 2009-cu ilin avqustunda yuxarılardan verilən göstərişlə MN Maliyyə və Büdcə İdarəsinin rəisi (MBİ) əvəzi polkovnik-leytenant Elçin Mehdiyev Şəmkir korpusuna daxil olan 5 hərbi hissədə maliyyə durumunun təftiş edilməsi əmrini verib: “Elçin Mehdiyev 3 hərbi hissəni MBİ-nin Təftiş və nəzarət şöbəsinin inspektorları polkovnik-leytenantlar Rafiq Əzimov, Murad Allahverdiyev və mayor Sadıx Sadıxova, digər 2 hərbi hissəni isə Şəmkir korpusunun maliyyə xidmətinin rəisi Elşən Əsgərova və Emil Mustafayevə tapşırdı. Adətən MN hərbi hissələrdə köhnə klassik sxemlə maliyyə təftişi aparır - ildə 1 dəfə. Müəyyən olunan büdcə oğurluqlarının 25-30 faizini götürəndən sonra təftiş müddətində “hər şeyin qaydasında olması” haqda “təmiz akt”  tərtib edir. 2009-cu ilin avqustunda keçirilən təftişdən sonra isə bizlərə elan olundu ki, Elçin Mehdiyev büdcədən oğurlanmış vəsaitlərin MN İşlər İdarəsinin hesabına köçürülməsini tələb edir. Qanunla isə həmin pullar hərbi hissələrin hesabına qaytarılmalı idi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin