İyulun 30-da İnsan Hüquqları üzrə
Maarifləndirmə İctimai Birliyi (İHM İB) Ðvrоpаdа Təhlükəsizlikк və Əməkdaşlıq Təşkilatının
(ÐTƏT) Bаkı оfisinin dəstəyi ilə “Kiçik və orta sahibkarlar üçün hüquqi
məsləhət mərkəzləri” аdlı layihə çərçivəsində “Sahibkarlar və bank
münasibətlərı” mövzusunda “Şafran” oteldə konfrans keçirib.
Bu barədə Moderator.az-a İHM
İB-dən məlumat verilib. Məlumata görə, konfransda dövlət orqanları,
beynəlxalq təşkilatlar, QHT nümayəndələri, sahibkarlar və KİV nümayəndələri,
ümumilikdə 50-yə yaxın şəxs iştirak edib.
Konfransı giriş sözü ilə İHM
İB-nin sədri İradə Cavadova açaraq konfrans iştirakçılarını salamlamış və
həyata keçirilən layihə haqqında, Bakı və Mingəçevir şəhərlərində orta və kiçik
sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün pulsuz hüquqi məsləhət
mərkəzlərinin fəaliyyəti və görülmüş işlər barədə geniş məlumat verib.
Sonra ATƏT-in Bakı ofisinin
rəhbərinin müavini xanım Monika Martinez konfrans iştirakçılarını salamlayaraq
ATƏT-in Bakı ofisinin 2007-ci ildən indiyə qədər sahibkarlar üçün həyata
keçirdiyi proqramlar haqqında ətraflı məlumat verib.
Milli Məclisin üzvü, millət
vəkili Əli Məsimli “Sahibkarlar və bank faiz münasibətləri” mövzusu ilə çıxış
edib. Ə.Məsimli Şərqi Avropa və keçmiş SSRİ ölkələrində sahibkarlara verilən
kredit şərtlərindən, banklar tərəfindən verilən kreditlərin yüksək faiz
dərəcələrindən, kreditlər verilməsi zamanı alınan əlavə xərclərdən danışaraq,
ölkəmizdə sahibkarlara verilən kreditlərin investisiya yatırmaları üçün kifayət
etmədiyini, ümumiyyətlə kreditlərin verilməsi zamanı çoxsaylı problemlərin
olduğunu bildirmişdir. Sahibkarların kreditlərin alınması zamanı
qarşılaşdıqları problemlərdən danışan millət vəkili obyektiv tədqiqatlara
ehtiyac olduğunu deyib.
Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyətinin (GİZ) nümayəndəsi Dr. Thomas Melzer “Azərbaycanda kredit alanların
hüquqi müdafiəsinin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilən
fəaliyyətlərə dair araşdırma” mövzusunda çıxış edib. Azərbaycanda kreditlərin
verilməsi sahəsində apardığı araşdırmaları haqqında məlumat verən Thomas Melzer
kreditlərin verilməsi ilə bağlı Almaniya təcrübəsindən danışmış, Azərbaycanda
kreditlərin verilməsində beynəlxalq standartların tətbiq edilməli olduğuna dair
tövsiyələrini təqdim edib.
Konfransda daha sonra İqtisadi
Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev “Sahibkarlar üçün
kredit resurslarının əlçatanlığı” mövzusunda təqdimat edib.. Ekspert 200 biznes
subyekti arasında apardığı sorğunun nəticələrinə əsaslanaraq Kiçik və
Orta Sahibkarların maliyyə institutlarına müraciət etmələrinin səbəblərindən,
kredit almaq üçün müraciət etdikləri mərhələdə üzləşdiyi çətinliklərdən,
kreditlərin faiz dərəcələrindən, güzəştli kredit üçün müraciət etməmələrini
qeyd etmiş və sahibkarların hüquqlarının pozulması hallarının həddən çox
olduğunu bildirib.
Konfransda “FİNCA Azərbaycan”
bank olmayan kredit təşkilatının və Sahibkarlığa Kömək Milli Fondunun
nümayəndələri konfrans iştirakçılarına xidmətləri barədə ətraflı məlumat
vermişdirlər.
Daha sonra Oğuz rayonunda
fəaliyyət göstərən sahibkar Aida Behbudova “Regionda sahibkarlıq fəaliyyətinə
verilən kreditlər və mövcud problemlər” mövzusunda çıxış etmişdir.
Çıxışlardan sonra mövzular
ətrafında müzakirələr aparılmış, sahibkarların, onları maraqlandıran məsələlərlə
bağlı sualları cavablandırılmışdır.







































































































