Moskvada taksi sürücüsüxa0 kimi çalışan bir Qırğızıstan vətəndaşı xa0avtomobilində unudulmuş və 1 milyon rublu, üstəlik, pasport və bank kartlarını sahibinə qaytarıb.
Moderator.az xəbər verir ki,xa0 maraqlı olay barədə “RENTV” süjet yayımlayıb. Gözlənilmədənxa0 çantasını geri alan qadın sürücüyə təşəkkür edib vəxa0 onun valideynlərinə dərin minnətdarlıq dolu video-müraciət ünvanlayıb.xa0 O, bildirib ki, qırğız sürücüxa0 pul, sənəd dolu çantasını qaytarmaqdan əlavə, həm də onu pulsuz aeroporta aparıb.
Taksi sürücüsünün 27 yaşındakı Nursultan Qaynazarov olduğu bilinib. Gənc adam 20 fevral gecəsi Domodedovo hava limanından bir qadını şəhərə gətirdikdən yalnızxa0 12 saat sonra xa0xa0maşınında çanta qaldığını görüb. xa0Müsəlman sürücüxa0 çantadakı pulların onun üçün haram olmasından əlavə, həm də onları qəsb edəcəyi təqdirdə bütün qırğız xalqına ləkə gətirəcəyini düşünüb. Odur ki, necə olursa-olsun, çantanı sahibini tapmağa qərar verib. Mahaçqaladan olan qadın öz video-müraciətində Nursultanın valideynlərini Dağıstana qonaq dəvət edib.
Sultan Laçınxa0




























































































