“Torpaqxa0onaxa0görəxa0titrəyir ki, insanlar qəflətdən ayılsınlar...”

Hazırda oxunan: “Torpaqxa0onaxa0görəxa0titrəyir ki, insanlar qəflətdən ayılsınlar...”

258161

İmam Sadiq (ə) yaxın səhabəsi olan Mufəzzələ yerin və göyün bəzi sirlərini açıqlamışdır ki, biz də onlarla tanış olaq.

xa0

“Ey Mufəzzəl! Allahın dörd cəvahir üçün xəlq etdiyi yatağa bax.xa0Əgər Yer kürəsi belə geniş olmasaydı, necə insanların məskəninə, tarlalara, otlaqlara, meşə və ağaclara, saysız mədənlərə özündə yer verə bilərdi?

xa0

Baxmayaraq ki, bəziləri bu dərələri və çəmənlikləri səmərəsiz və faydasız hesab edir, halbuki, bu yerlər heyvanların otlağı və məskənləridir. Həmçinin bir yerdən başqasına köçmək istəyən zaman, insanlar üçün məskən olar. O qədər çəmənliklər olmuşdur ki, saraylara və behiştə çevrilmişdir. İnsanlar da orada sakin olmuşdular. Əgər yer üzü geniş olmasaydı, insanlar dar hasarda giriftar olardılar.

xa0

Yer kürəsi o qədər aramdır ki, sanki heç hərəkət etmir və sakitdir.Əşyanın sabit qalması üçün münasibdir. İnsanlar onun üstündə ehtiyaclarını aradan qaldırmaq üçün səy edə bilərlər. Aram olarlar və rahat yatarlar.

xa0

Əgər torpaq titrəyən olsaydı, onlar bina tikməyə, dilgərlik və başqa peşələrlə məşğul olmağa qadir olmazdılar. Əgər torpaq ayaqlarının altında titrəsəydi, həyat onlar üçün şirin olmazdı. Əgər zəlzələ zamanı öz məskənlərini buraxıb qaçan insanlara baxsan, bu sözü daha yaxşı anlayarsan.

xa0

Əgər kimsə desə ki, niyə bu torpaqda titrəmə baş verdi? Gərək cavabında deyək ki, torpağın titrəməsi ona görədir ki, insanlar qafil olmasınlar.xa0Huşa gəlsinlər və qorxsunlar. Günah və fəsaddan uzaq olsunlar. Cisim və mallarında yaranan bütün bəlalar onların faydası və məsləhəti üçündür. Səbəb olar ki, axirətdə elə mükafata çatsınlar ki, dünya nemətinin heç birinə bərabər ola bilməz.

xa0

Daş da bu cürdür. Torpağın bəzi hissələrində daşlar və quruluqlar olur.xa0Əgər bütün yer üzü daş kimi sərt olsaydı, məgər torpaqda bir şey cücərərdi?xa0Görmürsənmi ki, daşın və quru torpağın sərtliyi azaldılmışdır və yerin çox hissəsi yumşaqdır ki, üzərində iş görmək mümkün olsun?”. (Həvzəh)

xa0

/Deyerler.org/

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin