Əməkdar artist şəhid həyat yoldaşının doğum gününü təbrik etdi - FOTO

Hazırda oxunan: Əməkdar artist şəhid həyat yoldaşının doğum gününü təbrik etdi - FOTO

254399
Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyeva özünün “İnstagram” səhifəsində Qarabağ savaşında şəhid olan həyat yoldaşı Zahid Əhmədovun fotosunu paylaşıb.

Moderator.az xəbər verir ki, əməkdar artist bu gün şəhid həyat yoldaşının doğum günü olduğunu bildirib və Z.Əhmədovun şəklinin altından bu sözləri yazıb:

“Doğum günün mübarəkdir, ŞƏHİDİM!”

G.Əliyevaya həmkarlarından əməkdar artist Nüşabə Ələsgərli də baş sağlığı yazıb.xa0


Qeyd edək ki, Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olub. O, Cəbrayıl rayonunda Polis İdarəsində cinayət axtarış şöbəsinin rəisi işləyib. 1991-ci ildə Cəbrayıl cəbhəsində minaya düşüb. Onların Rüfət adlı bir oğlu yadigar qalıb.xa0

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin