Sammitdə Qara dəniz ölkələri ilə yanaşı Almaniyanın, Belçikanın, İtaliyanın da nümayəndələri iştirak edir. Sammitdə hərbi sistemdə, ədliyyədə, xüsusi xidmət orqanınında islahatlar və bu sahələrə parlament və mülki nəzarət haqqında məsələlər müzakirə edilib.xa0
Azərbaycanı sammitdə millət vəkili Fazil Mustafa, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl, hərbi ekspert Üzeyir Cəfərov, ədliyyə sahəsi üzrə ekspert Azər Qasımov təmsil edir.xa0
Qeyd edilənlər öz sahələri üzrə çıxış edib və sammit iştirakçılarının suallarına cavab veriblər. Qara dəniz ölkələrinin hərbi, xüsusi xidmət, ədliyyə sahələrində informasiya mübadiləsi və əməkdaşlıq etməsi iştirakçılar tərəfindən xüsusi vurğulanıb. Sammit öz işini davam etdirir.




































































































