Deputatdan 24 min şəhidə veriləsi 264 milyon manatın mənbəyi haqda ŞOK TƏKLİF...

Hazırda oxunan: Deputatdan 24 min şəhidə veriləsi 264 milyon manatın mənbəyi haqda ŞOK TƏKLİF...

247333
Moderator.az Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının parlamentin bu günki iclasında şəhidlərə verilməli olan "qan pulu" barədə çıxışını sinxron təqdim edir:
“Məni narahat edən iki məsələnin üzərində dayanmaq istərdim. Hörmətli həmkarımız Hadı Rəcəbli təqdimatında Azərbaycanda doğulan uşaqların sayının statistikasındakı azalmanı diqqətə çatdırdı (2017-ci ildə 173 mindən 2018-ci ildə 105 minə düşüb) və bu rəqəm doğrudan da xeyli həyəcanlı göründü. Bu həyəcan da təsadüfi deyil. Azərbaycanda uşaqların artımında ciddi problemlər var və bu çox sürətlə aşağıya doğru getməkdədir. İndi biz gözləyək ki, əhalinin artım səviyyəsi başqa ölkələrdə olduğu kimi gəlib sıfırdan aşağı düşsün, ondan sonra əl-ayağa düşək? Olmazmı ki, biz indidən profilaktik olaraq elə addımlar ataq ki, buna ehtiyac olmasın? Bəllidir ki, Azərbaycanda çoxuşaqlı ailələr bir qayda olaraq aztəminatlı ailələrdir. Böyük imkanlara mailk olan ailələrin ikidən artıq uşağı yoxdur. Bizim də dedyimiz odur ki, həmin aztəminatlı ailələrin uşaqpulu əhəmiyyətli dərəcədə artırılsın. İlk doğulan uşağa tutaq ki, 150-200 manat verilsin ki, heç olmasa onun minimum ehtiyaclarını ödəmək mümkün olsun. Uşaqların sayı artıqca ona uyğun da əlavə ödənişlər edilsin. Heç olmasa 12 yaşınadək bu uşaqların qayğısının bir hissəsini dövlət öz üzərinə götürsün. Çox xahiş edirəm bu məsələyə xüsusi diqqət yetirilsin. Sahil Babayevdən də xahiş edirəm ki, ikinci oxunuşda bu suala bizi sevindirən cavab versin.xa0
İkinci bir məsələ Azərbaycanın ərazi bütövlüyü uğrunda 24 min insanın şəhid olmasıdır. Mən də həmin döyüşlərdə iştirak edənlərdən biriyəm. İnsanımız evini, malını-mülkünü, maşınını və dəyər-dəyməzini satıb gedib silah alaraq ermənilərə qarşı döyüşlərdə iştirak edib və şəhid olub. Bunlar niyə yaddan çıxmalıdır? Niyə şəhid polis əməkdaşları yaddan çıxmalıdır? Mən hesablamışam, həmin 24 min qəhrəman şəhidlərimizin hər birinə 11 min manat verilsə, bunun üçün 264 milyon manat pul lazımdır. Ola bilsin ki, dövlətin büdcəsində problemlər var və bu pulu ödəmək çətindir. Amma mən həmin pulu vermək üçün mənbəni göstərirəm. Cahangir Hacıyevin Londondakı mülkləri satılsın, həmin pullar gətirilib həmin 24 min şəhidin vərəsələrinə ödənsin. Fazil Məmmədovun, Rüfət Aslanlının mülkləri, obyektləri, maşın kolleksiyaları hərraca çıxarılsın, əldə olunan pullar vətən uğrunda şəhid olanların ailələrinə verilsin. Çünki o da bu dövlətin və xalqın puludur. Ona görə də bu barədə düşnməyə və bu istiqamətdə ciddi adddımlar atmağa ehtiyac var".

Qeyd edək ki, F. Ağamlıdan sonra söz alan vitse-spiker bu cür təkliflər səsləndirilərkən hüquqi yolla həmin vəsaitlərin hardan götürülməsinin mənbəsini göstərmək lazım olduğunu bildirdi.xa0 F. Ağamalı isə cavabında bu vəsaitləri hardan əldə etməklə bağlı səsləndirdiyi fikirlərin hüquq-mühafizə orqanları tərəfindən ciddiyə alınmalı olduğunu vurğuladı.xa0xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin