Məşhurların övladları - Əli Əhmədovun doktor oğlu

Hazırda oxunan: Məşhurların övladları - Əli Əhmədovun doktor oğlu

237773

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...xa0

xa0

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da... Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...xa0

xa0

Moderator.az xəbər verir ki, Modern.azxa0saytıxa0“Məşhurların övladları”xa0adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.xa0

xa0

Budəfəki təqdimat baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının icra katibixa0Əli Əhmədovun oğlu Fikrət Əhmədovbarəsindədir.


65 yaşlı Əli Əhmədov
xa01953-ci ilin 27 yanvarda Ermənistanın Basarkeçər rayonununxa0rayonunun Dərə kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olub, sonradan təhsilini Moskva şəhərində davam etdirib. Moskva Dövlət Tarix İnstitutunu bitirdikdən sonra Ə.Əhmədov Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil alıb.


Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxiv İdarəsində baş elmi işçi, 1976-79-cu illərdə xa0Azərbaycan Elmlər Akademiyasnda arxiv müdiri vəzifəsində çalışıb.

1979-1982-də Azərbaycan Dövlət Universitetində laborant, 1982-1997-də bu ali təhsil ocağında müəllim, böyük müəllim, dosent işləyib.

1978-ci ildən BDU-nun Politologiya və Sosiologiya kafedrasında çalışır. 1997-ci ildən indiyə kimi həmin kafedranın müdiridir. O, fəlsəfə elmləri doktoru,xa0professordur.


Ə.Əhmədov 1997-1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsində müdir müavini, 1999-2000-ci illərdə xa0Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

05.11.2000-02.12.2005-də ikinci çağırış Milli Məclisin, 06.11.2005-29.11.2010-da üçüncü çağırış Milli Məclisin, 29.11.2010-12.11.2013-də dördüncü çağırışxa0Milli Məclisin deputatı olub.

1999-cu ildən Yeni Azərbaycan Partiyasının icra katibi, 2005-ci ildən Partiyanın sədrinin müavini-icra katibidir.


Əli Əhmədov 22 oktyabr 2013-cü ildən indiyə kimi xa0Azərbaycan Respublikası Baş nazirinin müavini postunu tutur.

O, 2013-cü ildəAzərbaycan Respublikasının“Şöhrət” ordeni,xa02009-cu ildə Polşa Prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Kavaler" ordeni ilə təltif olunub.xa0

Əli Əhmədovun iki oğlu var. Onun oğlanlarından biri - Orxanxa0Əhmədovxa0prokurorluq sistemindəxa0işləyir.



Baş nazir müavininin digər oğluxa0Fikrət Əhmədovxa09 aprel 1982-ci ildə Bakıda doğulub.

1999-2005-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində ali təhsil alıb.

2006-2012-ci illərdə təhsilini Türkiyənin Ankara şəhərində yerləşən Qazi Universitetinin urologiya kafedrasında davam etdirib. O, burada assistent doktor olaraq çalışıb və 2012-ci ildə uzmanlıq həkim dərəcəsi alıb.


Uroloq Fikrət Əhmədov 2012-ci ildə İngiltərənin London şəhərində yerləşən Great Ormont Street Hospital for children xəstəxanasında pediatrik urologiya ixtisası üzrə kurs keçib.xa0

2013-cü ilin dekabr ayında tibb üzrə fəlsəfə doktoru adına layiq görülüb.

Fikrət Əhmədov 2008-ci ildən etibarən Endourological Society təşkilatının və European Association of Urology Assosiasiyasının üzvüdir.xa0 2012-ci ildən Azərbaycan endouroloji dərnəyinin də üzvüdür.

F.Əhmədov 2013-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin xa0Urologiya kafedrasının baş lobarant, 2016-cı ildən etibarən kafedranın assistenti vəzifəsində fəaliyyət göstərir.xa0

2014-cü ildən hal-hazıradək Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim uroloq və Urologiya şöbəsinin müdiri vəzifələrində çalışır.xa0

Eyni zamanda 2017-ci ilin dekabr ayında ATU-nun xarici tələbərlə iş üzrə dekanlığında dekan müavini vəzifəsinə təyin olunub.

Fikrət Əhmədov ingilis, türk və rus dillərini bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin