Tankçılarımız “Tank biatlonu”nda qrupda birinci oldular - FOTO

Hazırda oxunan: Tankçılarımız “Tank biatlonu”nda qrupda birinci oldular - FOTO

234527
Bu gün “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində "Tank biatlonu" müsabiqəsi start götürüb.

Bu barədə Moderator.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yarışların ilk günündə Azərbaycan tankçıları qruplarında yer aldıqları Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri ilə güclərini sınayıblar.

Azərbaycan tankçıları müsabiqənin şərtlərinə əsasən şərti hədəfləri sərrast atəşlə məhv edərək, marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə qət ediblər.

Beləliklə, yarışların ilk günü tank heyətlərimiz rəqiblərini xal hesabında xeyli geridə qoyaraq qrupda birinci olublar.

Qeyd edək ki, bu il 23 ölkədən tank heyətləri “Tank biatlonu” müsabiqəsində iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin