Kəmaləddin Heydərov təcili Zaqatalaya getdi

Hazırda oxunan: Kəmaləddin Heydərov təcili Zaqatalaya getdi

228107
Zaqatalada dünən axşam baş verən zəlzələ ilə əlaqədar fövqaladə hallar naziri Kəmaləddin Heydərov əraziyə gedib.

Moderator.az xəbər verir ki, nazirlə bərabər Zaqatalaya Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli və əməkdaşları da yollanıb.xa0

"Real" TV-yə danışan Qurban Yetirmişli bildirib ki, xidmət əməkdaşları ərazidə tədqiqat aparacaq.xa0

Qeyd edək ki, iyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələdən sonra bir sıra evlərdə çatlar əmələ gəlib. Zaqatala İcra Hakimiyyətindən verilən məlumatra görə, zəlzələdən sonra bir neçə kənd sakininə məxsus tikilidə və yaşayış evlərinin divarlarında çatlar əmələ gəlib. Zəlzələdən sonra insanlar arasında yaranan stress və qan təzyiqi səbəbindən Qax vəxa0 Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Yardım Şöbələrinə çoxlu sayda müraciətlər olub.

Qax şəhəri İmam Mustafayev küçəsi ev 8 ünvanında yaşayan 13 yaşlı Gülər Durmuşzadə zəlzələ baş verən an qaçmaq istəyən zaman yıxılaraq ayağı sınıb. Gülər Durmuşzadə Qax MRX-a yerləşdirlib.

Zaqatala rayonu Göyəm kənd sakinlərinin verdiyi məlumata görə, kənd sakinixa0 63 yaşlı Soltan Qandaxov zəlzələ zamanı həyəcanlanaraq güclü stress keçirib. Stress nəticəsində qan təzyiqi yüksələn Soltan Qandaxov infakt keçirərək ölüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin