Rustavidə azərbaycanlı tələbənin meyiti tapıldı

Hazırda oxunan: Rustavidə azərbaycanlı tələbənin meyiti tapıldı

226708
Kür çayının Rustavi şəhərindən keçən hissəsində azərbaycanlı tələbənin meyiti tapılıb.

Moderator.az xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə iki gün bundan əvvəl baş verib.

"Bizə Tbilisi Humanitar Universitetinin II kurs tələbəsi Tağı İsgəndərzadənin suda boğularaq ölməsi barədə məlumat daxil olub. Artıq meyiti ekspertizadan keçirilib və yaxın günlərdə ailəsinə təhvil verilməsi üçün Azərbaycana göndəriləcək".

Xatırladaq ki, T.İsgəndərzadənin paytaxt Tbilisidə özünü Kür çayına ataraq intihar etdiyi ehtimal olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin