Məhkumların səs verməsinə şərait yaradılıb

Hazırda oxunan: Məhkumların səs verməsinə şərait yaradılıb

220517
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında 14 seçki dairəsi üzrə 26 seçki məntəqəsi yaradılıb.xa0

Moderator.az-ın xəbərinə görə, bu barədə Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov məlumat verib.

M.Sadıqov qeyd edib ki, cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında olan məhkumların, eləcə də, hərbi qulluqçuların səsvermə hüququndan sərbəst şəkildə istifadə etməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

“Məhkumlar və hərbi qulluqçular seçkilərlə bağlı maarifləndirilib.

Penitensiar Xidmətin biri ixtisaslaşmış, digəri geniş profilli olmaqla, iki müalicə müəssisəsi fəaliyyət göstərir. Seçki günü müalicə müəssisələrində olan məhkumların və hərbi qulluqçuların səs vermələri üçün lazımi tədbirlər görülüb.

Yataq xəstəsi olan məhkumlar dairə seçki komissiyalarının əməkdaşlarının iştirakı ilə səsvermə hüququndan sərbəst şəkildə istifadə edə biləcəklər. Penitensiar Xidmətin əməkdaşları seçki prosesinəxa0 qarışmayacaqlar”.

M. Sadıqov onu da bildirib ki, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında seçki prosesi qanunvericiliyə uyğun və şəffaf şəkildə keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin