"Dövlətqaçqınkomda mənə kömək edəcəklərini bildirdilər"

Hazırda oxunan: "Dövlətqaçqınkomda mənə kömək edəcəklərini bildirdilər"

219599
Moderator.az xəbər verir ki, "Araz Media"-ya, mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı Sevinc Fərhadova açıqlama verib.

Sevinc Fərhadova açıqlamasında bildirmişdir ki, onu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini qəbul edərək, kömək edəcəyini bildirib. Qeyd edək ki, millət vəkili Əflatun Amaşov da, bir neçə gün öncə bu işlə əlaqədar olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri , Baş nazirin müavini cənab Əli Həsənovla görüşmüş, ona da mərhum jurnalistin bacısına tezliklə mənzil veriləcəyi bildirilmişdir. Əlacsız qalan Sevinc xanıma gözləmək qalır.

Xatırladaq ki, bir neçə gün öncə Sabunçu rayon, Pirşağı qəsəbəsindəki “Məşəl” düşərgəsinin ərazisindəxa0 güclü yanğın zamanıxa0 mərhum jurnalist Zabil Müqabiloğlunun bacısının yaşadığı ev yanaraq kül olub. Xoşbəxtlikdənxa0 yanğın jurnalistin bacısı Sevinc Fərhadovanın evdə olmadığı vaxt baş verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin