Bayıl yamacında yenə sürüşmə baş verdi - Yenilənib

Hazırda oxunan: Bayıl yamacında yenə sürüşmə baş verdi - Yenilənib

212248
Bakıda Bayıl yamacında sürüşmə baş verib.
xa0
Moderator.az xəbər verir ki, bu barədə APA-yaxa0 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
xa0
Ə.Qaralov bildirib ki, hazırda ekspedisiyanın əməkdaşları sürüşmə ərazisinə yollanıb: “Əlavə məlumat veriləcək”.
xa0
Yerli sakinlər bildirblər ki,xa0 sürüşmə nəticəsində 5-6 evə ziyan dəyib, işıq dirəkləri aşıb. Ərazidə sürüşmə prosesi davam edir.

***

“Bayıl yamacında sürüşmə prosesində aktivlik müşahidə edilir”.
xa0
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
xa0xa0
R.Həsənov bildirib ki, hazırda aidiyyatı qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidədir:

“Ciddi problem olduğunu deyə bilərik. Əraziyə baxış keçirildiksən sonra hadisənin detalları ilə bağlı əlavə məlumat veriləcək”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin