Abşeronda qəribə hadisə: Toyuğun içindən toyuq çıxdı ”“ VİDEO

Hazırda oxunan: Abşeronda qəribə hadisə: Toyuğun içindən toyuq çıxdı ”“ VİDEO

202071
Saray qəsəbə sakini öz həyətində yetişdirdiyi toyuğu kəsən zaman qəribə hadisə ilə qarşılaşıb. Kəsilən toyuğundan içindən daha bir toyuq çıxıb.xa0

Moderator.az -ın məlumatına görə, Xəzər TV hadisənin səbəbini mütəxəssislərlə araşdırıb.

Həyətdə yetişdirdiyi toyuğu kəsən zaman onun içərisindən daha bir toyuq çıxdı.

Məsələ ilə bağlı Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun böyük elmi işçisi Tahir Kərimov bildirir ki, bu mayalanma prosesinin pozulması nəticəsində quşlarda, eləcə də məməli heyvanlarda müşahidə olunan bir haldır. Bu proses hətta insanlarda da baş verə bilir.

Tahir Kərimov bildirir ki, bu hadisənin yaşanması toyuqlarda mayalanma prosesi gedən zaman hansısa hadisənin təsirindən baş verir.

Belə hadisələrlə rastlaşan vətəndaşlar toyuğun içərisindən çıxan həmin əlavə hissəni atmalıdır. Çünki, onun tərkibi qeyri-müəyyən olduğundan yeyilməsi tövsiyə olunmur. Ancaq kəsilən toyuğun qalan hissələrinin yeyilməsində heç bir problem yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin