Avropanın bir sıra ölkələrində dönərin qadağan edilməsi ilə bağlı tələblər səslənməkdədir. Buna səbəb kimi dönər istehsalında insan səhhəti üçün təhlükəli olan bəzi məhsulların istifadəsi göstərilir.xa0
Bəs əslində necə, dönərin insan səhhəti baxımından hansısa təhlükəsi varmı?xa0
Moderator.az-a açıqlama verən tibb elmləri doktoru Adil Qeybulla dönər istehsalı zamanı yağların həddindən artıq yanmasının insan səhhəti baxımından zərərli ola biləcəyini vurğuladı:

“Dönərdə istifadə olunan ətlərin mənşəyi haqqında heç nə deyə bilmərəm. Çünki bu ətlərin baytarlıq xidmətindən keçib-keçmədiyi, nə dərəcədə təmiz olduğu mənə məlum deyil.xa0
Dönərin daim od altında qalması müxtəlif yağların həddindən artıq yanmasına və kanserogenlərin əmələ gəlməsinə səbəb olur. Gördüyünüz kimi, dönər fırlanır və ordan da süzülən yanmış yağ dönər aparatının qabına tökülür. Bir daha qeyd edirəm ki, mən ətin mənşəyi məsələsini bir kənara qoyuram.
Hesab edirəm ki, təhlükəsizliyinə təminat olmayan bu cür məhsulların Avropada qadağan olunması təbiidir. Ümid edək ki, bizdə də belə bir qadağa qüvvəyə minəcək və insanların canı mənşəyi məlum olmayan ətlərdən qurtulacaq”x9d.






































































































