Oğuz sakinləri şikayət etdi, üç kəndin əsas yolu və bir kəndin mavi qazı yoxdur- FOTOLAR

Hazırda oxunan: Oğuz sakinləri şikayət etdi, üç kəndin əsas yolu və bir kəndin mavi qazı yoxdur- FOTOLAR

194410
Oğuz rayonunun Böyük Söyüdlü, Astarxanovka və Qarabulaq kənd sakinləri yollarının bərbad vəziyyətdə olmasından şikayətçidirlər. Kənd sakinləri şikayətlərində bildiriblər ki, üç kəndə gedən əsas yol dağılaraq sıradan çıxıb. Qarşıdan gələn qış fəslində isə onlar ötən ilki kimi yenə də yolsuz qalacaqlar. Adı çəkilən kəndlərdən birində Astarxanovka kəndində nəyinki yol, heç mavi qaz da yoxdur. Sakinlərə qaz xəttlərinin çəkiləcəyinə söz verilsə də, söz verən qurumlar sonradan sözlərinə dönük çıxıblar. Baxmayaraq ki, bununla bağlı kənd sakinləri həm yerli bələdiyyəyə, həm də rayon rəhbərliyinə dəfələrlə müraciət ediblər.xa0xa0

Ümidvarıq ki, aiddiyyatı qurumlar sakinlərin problemi ilə maraqlanacaqlar. Sakinlərin Moderator.az-a yolladıqları kənd yollarının fotosunu təqdim edirik.






Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin