Avtomobillərin texniki baxışdan keçirilməsinə dair tələblər sərtləşdirildi

Hazırda oxunan: Avtomobillərin texniki baxışdan keçirilməsinə dair tələblər sərtləşdirildi

190036
Tormoz və sükan idarə mexanizmlərində xa0nasazlıqlar aşkar edilən avtomobillər nasazlıqlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatından keçiriləcək.
Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsinə dair tələblər sərtləşdirilib.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”x9ddə müvafiq dəyişikliklər edib.
Dəyişikliyə əsasən bundan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə edildikdən sonra texniki baxışdan keçiriləcək.
Minik avtomobilləri istehsal olunduqları vaxtdan dörd il keçməyibsə, dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar texniki baxışdan keçirilmir. Texniki baxış zamanı nəqliyyat vasitələrinin tormoz və sükan idarə mexanizmlərində xa0nasazlıqlar aşkar edildikdə, ərizəçiyə məlumat veriləcək və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçiriləcək və daimi uçota alınacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin