QMİ Həcc ziyarətinə yollanacaq zəvvarlar üçün kurs açdı

Hazırda oxunan: QMİ Həcc ziyarətinə yollanacaq zəvvarlar üçün kurs açdı

187683
Qafqaz Müsəlmanları İdarəsi Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar üçün hər həftənin şənbə və bazar günləri "Təzə Pir" məscidində kurslar təşkil edib.

QMİ-dən verilən məlumata görə, qruplar üçün ayrıca təhkim olunmuş qrup rəhbərləri sərəncamında olan zəvvarlara iclaslar keçirir və hacı namizədlərini ziyarətlə bağlı lazım olan məlumatlarla təmin edir.

QMİ-dən o da bildirilib ki, bu il Həccə gedəcək zəvvarlardan təxminən 24 qrup təşkil olunub. Zəvvarlarla birlikdə aralarında qadın da olan 5 nəfərdən ibarət həkim briqadası gedəcək.

Bu il Həcc ziyarətinə gedəcək olanların 60 faizi kişilərdir.

Zəvvarların ən yaşlısı 86 yaşlı qadın, ən gənci isə 18 yaşlı oğlandır.
Z

iyarət üçün 2004-cü il təvəllüdlü oğlan müraciət etsə də, sonradan ziyarətə getməkdən imtina edib.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedəcək olan ilk zəvvar qrupu avqusun 24-də yola salınacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin