Əli Həsənovdan "istefa" çağırışlarına diplomatik cavab: "Hüquqi ölkədə məsuliyyət fərdidir"

Hazırda oxunan: Əli Həsənovdan "istefa" çağırışlarına diplomatik cavab: "Hüquqi ölkədə məsuliyyət fərdidir"

187219
Baş nazirin müavini, “Qaçqınkom”x9d sədri Əli Həsənov bu dəfə medianın gündəminə nəvəsinin ölümlə nəticələnən yol qəzası törətməsi faktı ilə gəldi. Sosial şəbəkələrdə və mediada bu qəzaya görə, nəvədən daha çox babaya qarşı ağır ittihamlar irəli sürülür.

Moderator.az xəbər verir ki, Gununsesi.info Əli Həsənovun özü ilə əlaqə saxlayaraq, olay barədə fikirlərini soruşub.
Əməkdaşımızla söhbətində Əli Həsənov faciəyə səbəb olan qəza barəsində danışmaq istəmədiyini deyib: “Mən heç nə danışmaq istəmirəm. Mənim adımın mediada gündəmə gətirilməsinə gəlincə, hüquqi ölkədə məsuliyyət fərdidir. Çox istərdim ki, media nümayəndələri də bunu başa düşsün. Başqa deyəcəyim bir şey yoxdur”x9d.
xa0
Avqustun 3-də Heydər Əliyev prospektində iki nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən qəzada “Galendevagen”x9d markalı avtomobilin sürücüsü müəyyən olunub.
Məlum olub ki, sükan arxasında “Qaçqınkom”x9d rəhbəri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub.
DİN həmin gəncin cinayət məsuliyyətinə cəlb olunacağını bəyan edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin