Neftçalada sərnişin avtobusu yandı

Hazırda oxunan: Neftçalada sərnişin avtobusu yandı

182892
Neftçala rayonunda sərnişin avtobusu yanıb.xa0

Moderator.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Dördlər kəndi ərazisində qeydə alınıb.xa0

Belə ki, Salyan-Neftçala avtomobil yolunda hərəkətdə olan sərnişin avtobusu anidən alovlanıb. Avtobusda olan sərnişinlər dərhal təxliyyə ediliblər. Hadisə yerinə Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır. xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin