Əməkdar artist Murad Dadaşovun təqdimatında ATV telekanalında “Qarşıdurma”x9d şüarı ilə yayımlanan “Maşın”x9d şounu tərk edən növbəti məşhurun adı məlum olub.
Moderator.az xəbər verir ki, verilişin qaydalarına görə, iştirakçılar jurnalist Vüqar Vüqarlını SMS səsverməsinə çıxarıblar.xa0
O, səs topladığı təqdirdə aktyor Sərxan Kərəmoğlunu oyundan uzaqlaşdıracağını bildirib.
Sonda jurnalist 39,92 faiz səs yığaraq oyundan özü gedib.
Qeyd edək ki, veriliş hər gün axşam saat 22:00-da efirə çıxır.xa0
Hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, Səidə Sultan, rejissor Aqil M.Quliyev, rejissor-aktyor Sərxan Kərəmoğlu, aktrisa-rəqqasə Oksana Rəsulova davam etdirir.


































































































