Tanınmış hüquqşünas ürək əməliyyatı keçirdi

Hazırda oxunan: Tanınmış hüquqşünas ürək əməliyyatı keçirdi

179190

Bu günlərdə tanınmış hüquqünas, keçmiş polis rəisi, “Polisə Dəstək”x9d İctimai Birliyinin sədri Şəmsəddin Əliyevin ürək əməliyyatı keçirməsi ilə bağlı saytımıza informasiya daxil olub.

Moderator.az məlum informasiyanı dəqiqləşdirmək üçün Ş.Əliyevin özü ilə əlaqə saxlayıb. Saytımıza açıqlamasında informasiyanın doğruluğunu təsdiqləyən Ş.Əliyev, əməliyyatı zəruri edən səbəblərə də toxunub:

“Ürək damarlarımda 90%-dən çox tutulma mövcud idi. Səhhətimlə bağlı kritik situasiya yaranmışdı. Əməliyyat qaçılmaz idi. Bu səbəbdən də Mərkəzi Klinikada cərahiyyə əməliyyatı keçirməli oldum. Həkimlər əməliyyatın uğurlu alındığı qənaətindədir.

Hesab edirəm ki, əməliyyatın uğurlu keçməsixa0 Allahın mərhəmətinin nəticəsidir. Buna görə də Allaha şükür edir, bütün sıxıntıların geridə qalacağına ümid edirəm”x9d.

xa0

Seymur Əliyev

xa0

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin