Görkəmli filosof, tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərova məktublar...
I məktub
Hocam, qəm çəkməyə yetərmi xa0ömür,
Bölhaböl olanda qəm kimə düşüb?
Elə qarışıbdı dünya, bilinmir,
Mizrab kimə düşüb, sim kimə düşüb?
Çatlayıb ölübdü mənzil başında,
Yaxşı kişilərin yaxşı atları.
İlk dəfə oxuyub ilxıçı bəlkə
Ən qəmli, kədərli havacatları.
Səsinə səs verən tapılmayanda,
Qəlbinin başına neçə çat düşüb.
Səsli kişilərin payına bir vaxt,
Ya Sibir, ya da ki qazamat düşüb.
Madyanın qiyməti get-gedə qalxır,
Yəhərə həsrətdi beli kəhərin.
Dağları dumana verib ağladıq,
Qaçıbdı yuxusu bənövşələrin.
Dənizdə, dəryada boğulmayanlar
İndi bircə qaşıq suda boğulur.
Bilirəm, dərd çoxdu, həmdərd də yoxdu,
İçində bir dəli nida boğulur.
II məktub.
Şahlar əmi, şükür Tanrı payına,
Sən bu ömrü qana-qana yaşadın.
Alov olub yandırmadın kimsəni,
Amma özün yana-yana yaşadın.
Neçə tərsin tərs işinə tərs dedin,
Neçə tərsə öyüd verdin, dərs dedin.
Nə yoruldun, nə də bir yol “bəs”x9d dedin.
Qəsd elədin şirin cana, yaşadın.
Könlün dərya, sinən şumdu, sözün dən,
Sirr töküldü, dürr töküldü sözündən.
Zalım oğlu, bir əhval tut özündən,
Əməl sığmaz bir dastana, yaşadın.
Dağa döndün söykənəndə dağlara,
Varmı sözün Qaçayoğlu Şahlara?xa0
Əyilmədin, yekəxana ”x9dşah”x9dlara.
Ağa kimi ağayana yaşadın.
Bu dünyada bölünən var, bölən var.
Nə yaxşı ki gedən varsa, gələn var.
Nə yaxşı ki qədir-qiymət bilən var,
Nə şöhrətə, nə ad-sana yaşadın.

Şəmsi Qoca




































































































