Braziliyanın Rio-de-Janeyro ştatında yüngül motorlu təyyarə qəzaya uğrayıb.
Qəza nəticəsində Ali Məhkəmənin üzvü Teori Zavaski dünyasını dəyişib.
Məlumata görə, King Air təyyarəsi San-Paulu şəhərindən uçub və Parati kurort şəhəri yaxınlığında dənizə düşüb.
Prezident Mişel Temer hadisə ilə bağlı üçgünlük atəm elan edib.
Qeyd edək ki, Zavaski anti-korrupsiya araşdırmalarında yaxından iştirak edirdi. Bu araşdırmalar nəticəsində Braziliyada eləcə də bir çox Latın Amerikası ölkərində siyasətçilər və top menecerlər istintaqa cəlb olunub.(Qafqazinfo)




































































































