Şəhid Milli Qəhrəmanımızın atasından Moderator.az-a MİNNƏTDARLIQ...

Hazırda oxunan: Şəhid Milli Qəhrəmanımızın atasından Moderator.az-a MİNNƏTDARLIQ...

161392
Aprel döyüşləri zamanı Şəhid olan Milli Qəhrəmanımız Murad Telman oğlu Mirzəyevin həyat yolundan geniş reportajımızı təqdim etmişdik.xa0

Həmin yazını bu linkə tıklamaqla oxuya bilərsiniz: (moderator.az/news/159229.html).xa0

Bu gün redaksiyamızla əlaqə saxlayan Milli Qəhrəmanımızın atası Telman müəllim artıq rayon rəhbərliyi tərəfindən bəzi problemlərin həllinə başlandığını bildirib:xa0


“Çox sağ olun ki, sizin kimi insanlar biz Şəhid ailələrini diqqətdə saxlayırsınız. Sabirabad rayon rəhbərliyi tərəfindən artıq həllinə çalışdığımız problemlərin xa0icrasına başlanılıb. Belə ki, evimizin uçmaq təhlükəsi olan hasarı sökülərək yenidən yerində hasar tikilir. Rayon rəhbərliyi tərəfindən həyətimizə lazım olan tikinti materialları gətirilib. Ümidvaram ki, oğlum Muradın adına veriləcək küçə və məktəb adları da qısa zamanda gerçəkləşəcək. Bu işlərinə görə rayon icra hakimiyyətinə minnətdaram. Eyni zamanda sizə də minnətdaram ki, sizin kimi insanlar o boyda yolu qət edib evimizə qədər gəlib bizim problemlərimizi işıqlandırırsınız. Var olun!”x9d.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin