Prezident: "Azərbaycan əsgəri göstərdi ki, kim nəyə qadirdir"

Hazırda oxunan: Prezident: "Azərbaycan əsgəri göstərdi ki, kim nəyə qadirdir"

160727
“Aprel döyüşləri bizim şanlı tariximizdir”x9d.xa0

Bunu prezident İlham Əliyev Tərtərə səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. xa0

Dövlət başçısı aprel döyüşləri zamanı Azərbaycan Ordusunun da, Azərbaycan vətəndaşının da qəhrəmanlıq göstərdiyini vurğulayıb:xa0

“Ordumuz düşmənin hücumuna cavab olaraq hərbi qələbə qazanıb. Azərbaycan Silahlı Qüvvələrinin əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı keçirərək həm bu istiqamətdə, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində - indiki Ağdərə rayonunda, eyni zamanda, Cəbrayıl, Füzuli istiqamətlərində böyük ərazini işğalçılardan azad edib. Ermənilərin uzun illər öz ordusu haqqında yaydıqları mif darmadağın edildi.xa0

Azərbaycan əsgəri, zabiti göstərdi ki, kim nəyə qadirdir. Ermənilər əlverişli mövqelərini tərk edərək qorxudan qaçıb gizlənmişdilər. Onların kəndlərində yaşayan insanların sayı getdikcə azalır. Ancaq Tərtərdə, Ağdamda bir nəfər belə yerindən tərpənmədi. Bu, böyük qəhrəmanlıqdır. Bu, bir daha xalqımızın ucalığını göstərir”x9d.

Prezident İham Əliyev bildirib ki, Azərbaycan bu döyüşlərdə nəinki öz gücünü göstərdi, düşmənə və dünyaya bir daha sübut etdi ki, biz indiki vəziyyətlə heç vaxt barışmayacağıq:xa0
“Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Şuşa da, Xankəndi də, hələ ki, işğal altında qalan digər bütün torpaqlar da”x9d.

“Bizim tarixi coğrafiyamız çox geniş olub”x9d, - deyən dövlət başçısı İrəvanın, Göyçənin, Zəngəzurun da Azərbaycanın tarixi torpaqları olduğunu qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin