Bakıda "Kərkük Gecəsi" keçirildi- FOTOLAR

Hazırda oxunan: Bakıda "Kərkük Gecəsi" keçirildi- FOTOLAR

160428
Noyabrın 30-da Bakının Xudafərin Sarayında İraq və Suriyada yaşayan türkmən soydaşlarımıza mənəvi dəstək məqsədilə " Kərkük Gecəsi " keçirilib.xa0

Gecəni giriş sözü ilə " Kərkük Harayı" Soydaşlarımıza yardım kampaniyasının Əlaqələndirmə Mərkəzinin üzvləri Rüfət Muradlı və Jalə Cəfərova açdıqdan sonra Azərbaycan himni və Türkmeneli marşı oxunub. Sonra Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və KXCP sədri Mirmahmud Mirəlioğlu mərasim iştirakçıları qarşısında çıxış edərək Türkmenelinin Türk Dünyasının bir parçası və Azərbaycan Türklüyünün ayrılmaz hissəsi olduğunu iştitakçıların diqqətinə çatdırıblar. Tanınmış sənət ustaları Nuriyyə Hüseynova, Ağalar Bayram, Novruz Novruzlu, Solmaz Kosayeva, Şuşa Elat Muğam Üçlüyünün ifaları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Kərkük Gecəsində Bakıda Türkmenelindən olan tələbələr adından Yəhya Mehdi, şair Yusif Nəğməkar, İraq Azərbaycan Mədəni Əlaqələr İB-nin sədri Tahirə Məmmədova çıxış edərək Kərkük Gecəsinin təşkil olunmasına görə təşkilatçılara təşəkkürlərini bildiriblər.xa0

Kərkük Gecəsində Milli Mədəniyyyətin Təbliği İB tərəfindən hazırlanmış " Türkməneli Səninləyik" bağlıqlı xüsusi bayraq iştirakçılar tərəfindən imzalanaraq kərküklü tələbələrə təqdim olunub. Gecədə gənc məktəblilərin Kərkük haqda şeri səsləndikdən sonra "Kərkük Harayı" Soydaşlarımıza yardım Kampaniyası Əlaqələndirmə Mərkəzinin üzvləri xa0Ümid Partiyasından Taleh Əliyev, Tamilla Qulami, KXCP-dən Südeif Sadıqlı, Ağ Partiyadan Əhəd xa0Məmmədli, Bütöv Azərbaycan Ocaqları adından Faiq Qəzənfəroğlu, Azərbaycan Turan Birliyindən Flora Ramazanova, habelə Bütöv Azərbaycan Mühafizəkarlar və Millətçi Gənclər Təşkilatı təmsilçiləri çıxış edərək Kərkük deyib, Türkmeneli deyib Gecəyə qatılanlara öz təşəkkürlərini ifadə edərək bu yöndə fəaliyyətlərin davamlı olmasına israr ediblər.. xa0

Kərkük Gecəsinin sonunda gənc rəssamlar mərasim boyu çəkdikləri tabloları Türkmənelindən olan tələbələrə hədiyyə ediblər. xa0

Elman Türkoğlu isə özü hazırladığı Türkməneli və Azərbaycan bayraqlarını " Kərkük Harayı" Əlaqəlindirmə Mərkəzinə bağışlayıb. xa0Mərasim Azərbaycandan Türkmənelinə dəstək çağırışları ilə sona çatıb.




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin