Azərbaycandan Rusiyaya pomidorun idxalına qadağa qoyulub.
Moderator.az -a məlumat verən mənbənin sözlərinə görə, bu qadağa ötən həftədən etibarən tətbiq olunmağa başlayıb. Bunun nəticəsində daxili bazarda da pomidorun qiymətində ciddi ucuzlaşma müşahidə olunmaqdadır. Belə ki, bir həftə bundan öncə bazarlarda 1.20-1.50 azn-ə satılan pomidor hazırda 0.50-0.40 azn-ə satılır.
Qeyd edək ki, İyun ayında Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Agentliyi Azərbaycandan bu ölkəyə 238 kq meyvə və giləmeyvənin idxalına qadağa qoyduğu barədə məlumat yaymışdı.
Rusiya tərəfi iddia edir ki, bu cür hadisələrin baş verməsinə səbəb yük sahiblərinin keçirdiyi yük üçün aldığı fitosanitar sertifikatı təqdim etməməsidir. Bundan başqa məhsullarda zərərli məhsulların aşkarlandığını da bildirir. Pomidorlarla bağlı isə Rusiya tərəfi hələ ki, heç bir məlumat verməyib.



































































































