“Mətbuat yayımından bir manat da əldə etməmişik”x9d - AYB orqanındakı acı durum

Hazırda oxunan: “Mətbuat yayımından bir manat da əldə etməmişik”x9d - AYB orqanındakı acı durum

142552

Azərbaycan Yazıçılar Birliyinin mətbuu orqanlarından olan xa0“Qobustan”x9d jurnalı 1969-cu ildən fəaliyyət göstərir. Birliyin indiki sədri xalq yazıçısı Anar, birinci katibi Fikrət Qoca ayrı-ayrı zamanlarda jurnalın baş redaktoru olublar. Mərhum Ələkbər Salahzadədən sonra “Qobustan”x9da hazırda tərcüməçi-publisist Vaqif Əlixanlı rəhbərlik edir.xa0
Qeyd edək ki, jurnalın bugünkü durumu əvvəlki səviyyədə deyil. İldə dörd sayı işıq görən jurnal cəmi 300 tirajla çap olunur.xa0

Jurnalın baş redaktoru Vaqif Əlixanlı Moderator.az saytına açıqlamasında “Qobustan”x9dın cari durumu haqqında məlumat verib. Baş redaktor daha çox mətbuat yayımının təşkilindən şikayətlənib:
“Çox təəssüf ki, bu sahədə sovet hökumətinin qədrini bilməmişik. Sovet hökuməti ideologiyaya çox böyük əhəmiyyət verirdi. xa0İstər maddi, istərsə də mənəvi cəhətdən yazıçılara çox böyük önəm verirdi. Rəhmətlik İsa Hüseynov deyirdi ki, xa0mən “Doğma və yad adamlar”x9d povestinin qonararını almağa gedəndə torba ilə getdim. Amma indi ay sonunda 150 manat gəlir olur.xa0
“Qobustan”x9d rüblük jurnaldı. Üç aydan bir çıxır. Maraqlı materialları var. Amma satışı çox zəifdi.xa0
Biz bir manat da mətbuat yayımından pul almamışıq. Baxmayaraq ki, abunə yazılanlar da var. Bir aydan sonra deyirlər ki, sizin jurnal satılmadı. Halbuki Bakının çox yerlərində , rayonlarda “Qobustan”x9d axtarılır. Sovet hökumətindən sonrakı ənənə pozulub. Bunu düzəltmək olar. Amma indi üçün mümkün deyil”x9d.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin