Mübahisəli penalti barədə QƏRAR AÇIQLANDI: "Sabah" - "Qarabağ" oyunu

Hazırda oxunan: Mübahisəli penalti barədə QƏRAR AÇIQLANDI: "Sabah" - "Qarabağ" oyunu

608976

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilmiş "Sabah" - "Qarabağ" oyunundakı mübahisəli epizodları şərh edib.

Bizim.Media xəbər verir ki, mütəxəssis baş hakimin epizodlarda doğru qərar verdiyini təsdiqləyib.

R. Həsənov "Qarabağ"ın qapıçısı Mateuş Koxalskiyə haqlı olaraq qırmızı vərəqə verildiyini bildirib.

Hakimlər Komitəsinin sədri görüşündə sonundakı epizodda penalti olmadığını da vurğulayıb.

Xatırladaq ki, qarşılaşma "Sabah"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun baş hakimi Rəvan Həmzəzadə olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin