Aİ ilə Tramp arasında yeni gərginlik yaranacaq - DETALLAR

Hazırda oxunan: Aİ ilə Tramp arasında yeni gərginlik yaranacaq - DETALLAR

608949

Avropa İttifaqı Balkan qaz kəmərinin tikintisi ilə bağlı ABŞ Prezidenti Donald Trampla qarşıdurma riski ilə üzləşə bilər.

Bizim.Media xəbər verir ki, The Guardianın əldə etdiyi sənədlərə görə, Tramp öz keçmiş şəxsi vəkilinin rəhbərlik etdiyi şirkətin bu layihə üzrə sərfəli müqavilə qazanmasına maneələrin aradan qaldırılması üçün prosesə təsir göstərməyə çalışıb.

Söhbət Bosniya və Herseqovina ərazisindən keçəcək Cənub birləşdirici qaz kəməri layihəsindən gedir.

Məlumata görə, ABŞ rəsmiləri aylarla Bosniya və Herseqovina rəhbərliyinə təzyiq göstərib və nəticədə ölkə az tanınan ABŞ şirkəti ilə tender keçirilmədən müqavilə bağlamağa yaxınlaşıb.

Aİ isə bunun ölkənin Avropa İttifaqına inteqrasiya perspektivinə zərbə vuracağını bildirərək layihə ilə bağlı qanunvericiliyin Brüssel ilə razılaşdırılmasını tələb edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin