Zelenski 90 MİLYARD avronu hara xərcləyəcəyindən DANIŞDI

Hazırda oxunan: Zelenski 90 MİLYARD avronu hara xərcləyəcəyindən DANIŞDI

609026

Ukrayna Avropa İttifaqının 90 milyard avroluq dəstək paketinin ilk tranşını Silahlı Qüvvələrin ehtiyaclarına, o cümlədən silah və hava hücumundan müdafiə (HHM) sistemlərinin alınmasına, həmçinin qış dövrünə hazırlığa yönəltmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında bildirib.
 

"Bu vəsaitlər ordumuz üçün nəzərdə tutulub və biz onlardan silahların, xüsusilə HHM sistemlərinin alınması üçün istifadə etməyə hazırıq. Bu, həmçinin qışa hazırlaşmağımıza kömək edəcək maliyyələşmədir. Enerji sistemimizin qorunması üzrə işlər artıq başlayıb və Avropanın vəsaitləri də bu işdə dəstək verəcək", — deyə Ukrayna lideri yazıb.


Zelenski Kiyevin ilk tranşın mümkün qədər tez bir zamanda ayrılmasını gözlədiyini vurğulayıb və bütün Avropa liderlərinə Rusiyaya qarşı 20-ci sanksiya paketini dəstəklədiklərinə görə təşəkkür edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin