ÇEMPİON güləşçilərimiz Vətənə qayıdıblar - FOTO

Hazırda oxunan: ÇEMPİON güləşçilərimiz Vətənə qayıdıblar - FOTO

608993

Yunan-Roma güləşi üzrə Avropa çempionatında qızıl medal qazanan Azərbaycan güləşçisi bu uğuru yaxşı hazırlıqla əlaqələndirib.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, bunu yarışda birinci yerə çıxan Həsrət Cəfərov bildirib.

"Getməmişdən əvvəl üzərimdə böyük bir məsuliyyət var idi", - o deyib və əlavə edib ki, Azərbaycanın güləş tarixinə düşə biləcəyini bilirdi:
 

"Bunun üçün çox yaxşı hazırlaşırdım. Gördüyünüz kimi, çox güclü görüşlərim keçib. Hazırlığımız yaxşı olmasaydı, görüşlərdə qalib gələ bilməzdim. İlk raundlarda geri qalaraq xal itirsəm də, növbəti mərhələdə yaxşı nəticə göstərərək xallarımı geri qaytara bildim".


Albaniyada keçirilən Avropa çempionatında 2 qızıl, 3 bürünc medal qazanaraq komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi üzrə milli komandanın Heydər Əliyev Aeroportunda qarşılanma mərasimi keçirilib.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin