Müctəba Xameneinin SON VƏZİYYƏTİ: SEPAH komandanları onu ziyarət etməyə QORXUR

Hazırda oxunan: Müctəba Xameneinin SON VƏZİYYƏTİ: SEPAH komandanları onu ziyarət etməyə QORXUR

608980

SEPAH komandirləri və İranın yüksək vəzifəli rəsmiləri İsrailin onları izləyib öldürə biləcəyindən ehtiyat edərək Müctəba Xameneyini ziyarət etməkdən çəkinirlər.

Bizim.Media xəbər verir ki, bu barədə The New York Times qəzeti yazı dərc edib.

Nəşr yazır ki, buna baxmayaraq İran prezidenti Məsud Pezeşkian və səhiyyə naziri Müctəba Xameneyinin müalicə prosesində iştirak ediblər.

Qeyd olunur ki, Pezeşkian eyni zamanda ürək cərrahıdır.

Xameneyinin səhhəti barədə məlumatlı olan dörd yüksək vəzifəli İran rəsmisinin sözlərinə görə, o, ciddi xəsarətlər alsa da, zehni cəhətdən ayıq və aktiv vəziyyətdədir.

Bildirilir ki, o, bir ayağından üç dəfə əməliyyat keçirib və hazırda protez gözləyir. Habelə bir qolundan əməliyyat olunduğu və funksiyasının tədricən bərpa olunduğu qeyd edilir.

Məlumata görə, Müctəba Xameneyinin üzü və dodaqları ciddi yanıq xəsarətləri alıb, bu isə danışığını çətinləşdirir və gələcəkdə plastik əməliyyata ehtiyac yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin