Tramp: “Hörmüz boğazında onları məhv etməyi ƏMR ETDİM” - FOTO

Hazırda oxunan: Tramp: “Hörmüz boğazında onları məhv etməyi ƏMR ETDİM” - FOTO

608982

Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazında mina yerləşdirən gəmiləri məhv etməyi əmr edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı ABŞ lideri "Truth Social" media hesabında paylaşım edib.

“Mən ABŞ Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazının sularında mina yerləşdirən, nə qədər kiçik olursa olsun (onların 159 hərbi gəmisinin hamısı dənizin dibindədir!) istənilən qayığı vurub məhv etməyi əmr etdim. Heç bir tərəddüd olmamalıdır. Bundan əlavə, minaaxtaran gəmilərimiz hazırda boğazı təmizləyir. Mən bununla bu işin davam etdirilməsini, lakin üçqat gücdə davam etdirilməsini əmr edirəm!", - deyə ABŞ Prezidenti Donald Tramp qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin